Bu gün Kəlbəcər Şəhəri Günüdür
25 Noyabr 2024
15:47 - 5 İyul 2021
Rusiyanın Sankt-Peterburq şəhərində polis pod-polkovniki bir milyon rubl (təxminən, 14 min dollar) rüşvət almaqda ittiham olunur.
Manset.az “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Sankt-Peterburq şəhərinin İstintaq Komitəsi İdarəsinin mətbuat xidməti yayıb.
Bildirilib ki, polis bölməsi rəisinin 35 yaşlı müavini kommersiya qurumlarının birinin rəhbərliyindən mədəni tədbirlər zamanı inzibati qanunvericiliyə əməl olunmasına dair yoxlamalar aparmamaq üçün rüşvət tələb etməkdə ittiham olunur.
Ona qarşı Rusiya Cinayət Məcəlləsinin “rüşvət almaq” və “rüşvət almağa vasitəçilik etmək” ittihamları əsasında cinayət işi başlayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin