Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər - Menyu 400 manat
27 Noyabr 2024
23:45 - 8 Fevral 2022
"Dinamo" Emrelini almaqla risk etmədi"
Manşet.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin sabiq baş məşqçisi Nikola Yurçeviç Polşa "Legiya"sından ayrılan Mahir Emrelinin Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna transferi barədə danışarkən deyib.
56 yaşlı mütəxəssis bildirib ki, Zaqreb təmsilçisi hər zaman gələcəyi düşündüyü üçün bu addımı atıb: "Yəqin ki, klub rəhbərliyi yayda Bruno Petkoviçlə Mislav Orsiçi və ya hər ikisini itirəcəyini gözləyir. Emreli gənc və yaxşı potensiala malik futbolçudur. "Dinamo" bu transferdən çox şey qazana bilər".
Yurçeviçin sözlərinə görə, 25 yaşlı hücumçunun yaxşı sol ayağı var: "Yarımmüdafiənin hər iki cinahında çıxış edə bilir. Mahir fiziki cəhətdən çox güclüdür. O, klassik hücumçu deyil, oyun üslubu daha çox Orşiçə oxşayır".
O, Emrelinin beynəlxalq təcrübəsinin komandaya xeyir verəcəyini söyləyib: "Dinamo" onun indiyədək oynadığı klublarla müqayisədə ikinci pillədədir. Mahir həm millidə, həm də "Qarabağ"la "Legiya"da avrokubok təcrübəsi yaşayıb. Hücum xəttindəki rəqabət digər oyunçulara da fayda verəcək. Ona görə də "Dinamo"nun narahat olmağa heç bir əsası yoxdur".
Nikola Yurçeviç 2019-cu ildə Azərbaycan millisinə rəhbərlik edib.
Qeyd edək ki, Mahir Emreli "Dinamo" ilə 4,5 illik müqavilə imzalayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin