Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər - Menyu 400 manat
27 Noyabr 2024
21:51 - 8 Fevral 2022
Türkiyənin Antalya şəhərində keçiriləcək "Turkish Open" beynəlxalq turnirində iştirak edəcək Azərbaycan taekvondoçularının adları açıqlanıb.
Azərbaycan Taekvondo Federasiyasından (ATF) Manşet.az-a verilən məlumata görə, G2 kateqoriyalı ənənəvi yarışda ölkəni 22 kişi və 8 qadın idmançı təmsil edəcək.
Kişilərin mübarizəsində baş məşqçi Reza Mehmandoust və böyük məşqçi Sənan Həşimovun rəhbərliyi altında Bəhruz Quluzadə, Səyyad Dadaşov, Rahid Vəliyev (hamısı 54 kq), Pərviz İsgəndərov, Yusif Qurbanov, Ruslan Seyidov (hamısı 58 kq), Qaşım Maqamedov, Əli Məmmədov, Qasım Aslanov, Xanoğlan Kərimov (hamısı 63 kq), Əbülfət Zülfüqarov, Samir Məhərrəmov, Yaşar Məmmədli (hamısı 68 kq), Eltac Qafarov, Cavad Ağayev (hər ikisi 74 kq), Ayxan Tağızadə, Məhəmməd Məmmədov, Səid Quliyev (hamısı 80 kq), Milad Beigi Hərçəqani, Taleh Süleymanov (hər ikisi 87 kq), Radik İsaev və Xəyyam Ağayev (hər ikisi +80 kq) qüvvəsini sınayacaq.
Qadınların yarışında isə baş məşçisi Səbuhi Zülfüqarov və böyük məşqçi Rəşad Məmmədovun rəhbəliyi altında Minayə Əkbərova, Sona Ağayeva (hər ikisi 46 kq), Röya Hacıyeva (49 kq), Patimat Abakarova (53 kq), Səidə Əliyeva (57 kq), Fatimə Məcidova, Nuranə İbrahimova (hər ikisi 62 kq) və Fəridə Əzizova (67 kq) mübarizə aparacaq.
Qeyd edək ki, 49 ölkədən 1 250 taekvondoçunun qatılacağı turnirdə fevralın 12-də qadınlar, 13-də isə kişilər mübarizəyə qoşulacaq. ATF-in baş hakimi, beynəlxalq dərəcəli hakim Gündüz Abdullayev, Elşad Məmmədov və Aygül Abdullayeva yarışı idarə edəcək hakimlər arasında yer alıblar.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin