"Sizə qulaq asdıqca adamı dəhşət bürüyür" - Spikerdən deputatlara İRAD
27 Noyabr 2024
17:08 - 8 Fevral 2022
"Fivethirtyeight.com" statistika saytı "Qarabağ"ın UEFA Konfrans Liqasındakı şanslarını açıqlayıb.
Manset.az-ın məlumatına görə, turnirin pley-off mərhələsində Fransa "Marsel"i ilə qarşılaşacaq Ağdam klubunun 1/8 finala adlama şansı 10 faiz qiymətləndirilib.
Portal "köhlən atlar"ın 1/4 finala çıxacağına 3 faiz əmsal verib. Azərbaycan təmsilçisinin yarımfinal, final və turnirin qalibi olma şansları cəmi 1 faizdir. "Marsel"in Konfrans Liqasında çempionluq şansı isə 9 faizdir.
Qeyd edək ki, "Qarabağ" Marsel təmsilçisinə qarşı ilk oyununu fevralın 17-də səfərdə, cavab matçını isə 1 həftə sonra Bakıda keçirəcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin