Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini dezinformasiyanın çirkin nümunəsi adlandırıb
22 Noyabr 2024
10:42 - 5 İyul 2021
OPEC+ alyansında hasilatın azaldılması müqaviləsi ilə bağlı danışıqların üçüncü mərhələsi öncəsi dünya bazarlarında neft cüzi ucuzlaşıb.
Manset.az “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 8.39-a olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin sentyabr fyuçersləri 0,13% ucuzlaşaraq, 1 bareli 76,07 ABŞ dollarına satılıb. WTI neftinin avqust fyuçerslərinin qiyməti 0,12% azalaraq, 1 bareli 75,07 ABŞ dolları təşkil edib.
“OPEC+” alyansı müqavilənin gələcək taleyi ilə bağlı razılıq əldə etmək üçün üçüncü dəfə cəhd edəcək. İyulun 1-2-də keçirilmiş əvvəlki iki görüş nəticəsiz qalıb.
Mətbuata inansaq, OPEC+ nazirlərinin monitorinq komitəsi ayqustdan dekabradək aylıq hasilatı 400 min barel artırmağı və aprelin sonunadək nəzərdə tutulan müqavilənin müddətini 2022-ci ilin sonunadək uzatmağı tövsiyə edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin