Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər - Menyu 400 manat
27 Noyabr 2024
09:09 - 7 Fevral 2022
Futbol üzrə Afrika Millətlər Kubokunda final oyunu keçirilib.
Manset.az-ın məlumatına görə, Kamerunun paytaxtı Yaundedəki "Olembe" stadionunda təşkil olunmuş həlledici görüşdə Seneqal və Misir yığmaları üz-üzə gəlib. Matçın əsas və əlavə vaxtında qalib müəyyənləşməyib - 0:0. 5-ci dəqiqədə seneqallı hücumçu Sadio Mane penaltini dəqiq yerinə yetirməyib.
Penaltilər seriyasında isə məhz Mane son zərbədən məharətlə yararlanaraq, komandasına qələbə qazandırıb - 4:2.
Bununla da Seneqal millisi tarixində ilk dəfə Afrika Millətlər Kubokunun qalibi olub.
Qeyd edək ki, Misir yığması hamıdan çox - 7 dəfə bu kuboka sahib olsa da, sonuncu dəfə 2010-cu ildə çempionluğa yiyələnib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin