Ana uşağına kimyəvi məhlul içirdərək öldürdü
15 Noyabr 2024
10:30 - 6 Fevral 2022
Bu gün səhər Hindistanın məşhur müğənnisi Lata Manqeşkar 92 yaşında vəfat edib.
Manset.az APA-ya istinadən xəbər verir ki, koronavirusa yoluxan müğənni fevralın 1-də yerləşdirildiyi Mumbaidəki klinikada həyatını itirib.
Lata Manqeşkar Bollivudun 1950-1970-ci illəri əhatə edən "qızıl əsri”nin əfsanəvi simvollarından biri sayılır. Onu Hindistanda "Hindistanın bülbülü”, "Musiqinin kriliçası” adlandırıblar.
Müğənninin bir çox məşhur filmlərdə mahnıları səsləndirilib. Bunların sırasında "Avara” (1951), "Cənab 420” (1955), "Bobbi” (1973), "İntiqam və qanun” (1975), "Qanq, sənin suların bulanıqdır” ” (1985) və digərləri var.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin