Merkel iyulun 15-də bu ölkəyə səfər edəcək

16:44 - 11 İyun 2021

Merkel iyulun 15-də bu ölkəyə səfər edəcək

ABŞ Prezidenti Co Bayden iyulun 15-də Vaşinqtonda Almaniya Federativ Respublikasının kansleri Angela Merkeli qəbul edəcək.

Manşet.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evdən məlumat veriblər.

“Prezident Bayden 2021-ci il iyulun 15-də Ağ Evdə Almaniyanın kansleri Angela Merkellə keçiriləcək görüşü səbirsizliklə gözləyir”, - açıqlamada deyilir. Bayden və Merkel bir sıra məsələlər, o cümlədən, COVID-19 pandemiyası, iqlim dəyişikliyinin təhlükələri, eləcə də beynəxalq təhlükəsizlik məsələləri üzrə əməkdaşlığı müzakirə edəcəklər.


Xəbər xətti

21 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin