Banka borcu olan pensiyaçılara ŞAD XƏBƏR
25 Noyabr 2024
19:52 - 4 Fevral 2022
“Hamımız bu layihə zamanı dəf etdiyimiz çətinlikləri və maneələri yaxşı xatırlayırıq. Lakin bu gün hətta ən skeptik yanaşan insanlar onun baş tutmasına görə minnətdarlıq bildirir. Etibarlı, rəqabətcil və qəbul edilən qiyməti olan qaz Cənub-Şərqi Avropaya yol tapmaqdadır. Evlər qazla təchiz olunur, binalar isidilir və vətəndaşlar ehtiyac duyduğu enerjini alırlar”.
Manşet.az xəbər verir ki, bu fikirləri Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində təşkil olunan mətbuat konfransında Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simson söyləyib.
“Artan enerji qiymətləri və sərt qaz təchizatı ilə dəhlizin rolu Avropa İttifaqı üçün heç vaxt görünməyən strateji əhəmiyyət kəsb edir. Fikrimizcə, Cənub Qaz Dəhlizi davamlı uğur hekayəsidir. Əlbəttə, bütün uğur hekayələri kimi, bu məsələ növbəti mərhələyə çıxır və biz baxmalıyıq ki, dəhliz öz ötürücülük qabiliyyətini artıra, yaxud hətta coğrafi baxımdan genişləndirə bilərmi? Ötən il nazirlərin iclasında bu məsələlərin öyrənilməsinə başlandı.
Ötənilki iclasdan sonra dəhlizlə bağlı siyasi söhbətlər və qazla əlaqədar geniş müzakirələr aparıldı. Avropa İttifaqı qazın keçid dövründə rolu, onun tənzimləyici və infrastruktur təsiri ilə əlaqədar öz mövqeyini aydınlaşdırdı.
Biz ötən ilin dekabrında hidrogen və dekarbonlaşmış qaz bazarlarına aid paketi qəbul etməklə qaz sektorunun dekarbonlaşmış gələcəyə doğru çərçivəsini müəyyən etdik, hidrogen və bioqaz sahəsində yeni imkanlar yaratdıq.
Bu paketə gəldikdə o, həmçinin bugünkü qaz bazarının yaxşı formalaşdırılmasına xidmət edir. Onu daha müqavimətli, istehlakçıları nəzərə alan bazara çevirir. Biz, həmçinin mühüm və tarazlaşdırılmış qaydaları qəbul etmişik ki, enerji sektorunda metan emissiyaları azaldaq. İki gün öncə komissiya taksonomiya ilə bağlı ümumi bir aktı qəbul edib. Orada qaz sektoruna aid olan fəaliyyətlər müəyyən edilir və onlar iqlim dəyişməsinin qarşısının alınmasına töhfə verməlidir.
Bu, əslində, özəl sektoru həvəsləndirməlidir ki, onlar birbaşa bu kimi layihələrə sərmayələr yatırsınlar. Çünki Avropaya təmiz enerji keçidi lazımdır və biz hər bir üzv ölkə ilə bunu həyata keçirəcəyik. Hazırda biz Trans-Avropa Şəbəkəsini yaratmışıq və o sahədə maliyyə vəsaitlərini ayırırıq ki, Avropa İttifaqında hidrogen şəbəkələri daha da genişlənsin. Bununla bağlı biz Avropa İttifaqının qonşuluğunda, həmçinin iqtisadi və sərmayə planı çərçivəsində qaz infrastrukturuna sərmayə yatırmağa açığıq”, - o qeyd edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin