"Formula 1": ABŞ komandası bolidini təqdim etdi

18:09 - 4 Fevral 2022

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Haas" komandası 2022-ci il mövsümü üçün yeni bolidini təqdim edib.

Manşet.az-ın ABŞ təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, avtomobildə daha əvvəl olduğu kimi, Rusiya bayrağı öz əksini tapıb.

"Haas" 2021 mövsümündə Konstruktorlar Kubokunu xalsız başa vuraraq sonuncu - 10-cu olub. Pilotlar - almaniyalı Mik Şumaxer və rusiyalı Nikita Mazepin müvafiq olaraq 19 və 21-ci yerləri tutublar.

Qeyd edək ki, "Formula 1"də yeni mövsüm martın 20-də Bəhreyndə başlayacaq. 10 - 12 iyunda isə Bakıda Azərbaycan Qran-prisi təşkil olunacaq.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin