Prezident Mövlud Çavuşoğlunu qəbul etdi
4 Dekabr 2024
09:10 - 4 Fevral 2022
Ölkəmizdə yoluxma sayı kəskin artmaqda davam edir. Bu da insanlar arasında ciddi narahatlığa səbəb olur. Hətta müəyyən sərtləşdirilmələrin olacağı barədə fikir səsləndirənlər olur. Bəs bu gün qapanmalara ehtiyac varmı?
Manset.az xəbər verir ki, bu barədə infeksionist Vüqar Cavadzadə açıqlama verib.
O bildirib ki, hazırda ölkəmizdə yoluxmaların faiz etibarı ilə böyük əksəriyyətini "Omicron" variantı təşkil edir:
"Omikron digər mövcud variantlara nisbətən 4 dəfədən artıq yoluxucu xüsusiyyətə malikdir. Hətta xəstə adam maska taxmadığı halda qarşı tərəf maskadan istifadə etsə də, yoluxma mümkündür. Bu da onun kontagiozluğunu göstərir. "Omicron" variantı bütün yaş kateqoriyasında sürətlə yayılma xüsusiyyətinə malikdir. Ona görə də, dünən, antirekord olaraq, yoluxma sayı 6 mini keçib.
Hesab edirəm ki, bu, hələ pik nöqtə deyil. Pik nöqtə hələ qabaqdadır. Yoluxma sayı artacaq. Universitetlər açıldıqdan sonra, 16 fevraldan yoluxmalarda bir az da artım müşahidə olunacaq.
Qapanmalara gəldikdə isə, hazırda hər hansı bir lüzum görmürəm. Bu gün qapanma üçün ciddi bir səbəb yoxdur. Qapanmalara o zaman gedilir ki, xəstəxanalarda çarpayı fondunda ciddi çatışmazlıq yaranır.
Yoluxma çox olsa da, xəstələrin 90-95 faizi ev şəraitində müalicə olunur. Xəstəlik qripə bənzər əlamətlə yüngül keçir. Boğaz, əzələ ağrıları olur və 3-5 günə xəstə yaxşılaşır"
/Sonxəbər.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin