Bu yollarda tıxac var - SİYAHI
27 Noyabr 2024
00:22 - 4 Fevral 2022
Xorvatiya mətbuatı Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin Zaqreb “Dinamo”suna keçidinə geniş yer ayırıb.
24 yaşlı futbolçumuz “Legiya”ya (Polşa) müqavilənin qarşılıqlı razılıqla pozaraq dünən “Dinamo” ilə 4,5 illik müqaviləyə imza atıb.
Manset.az xəbər verir ki, “Sportske Novosti” nəşri Mahirin transferini “Dinamo” yeni güclü hücumçu alır” başlığı ilə yayımlayıb. Yazıda Mahirin xorvat klubu ilə bağlı fikirlərinə, onun karyerasına, şəxsi həyatına geniş yer verilib. Həmçinin Emrelinin 2017-ci ildə xorvat məşqçi Robert Prosineçkinin rəhbərliyi altında Azərbaycan millisində debüt etdiyi xatırladılıb. Daha sonra onun digər xorvat mütəxəssis Nikola Yurçeviçin rəhbərliyi altında da millidə çıxış etdiyi bildirilib.
“Mahir “Legiya”da az müddətdə oynasa da, bu klubun tarixində iz qoydu. Bu komandada oynadığı bütün turnirlərdə (Polşa liqası, kuboku, Polşa superkuboku, Avropa Liqası və Çempionlar Liqası) özünü yaxşı tərəfdən göstərdi. Bütün bunlara o, 2021-ci ilin iyul-sentyabr aylarında nail oldu” – deyə yazıda qeyd edilir.
sportske.jutarnji.hr saytında dərc olunan yazıya isə “Dinamo”ya əla hücumçu gəlir. O, “Lester” və “Napoli”yə qol vurub” başlığı verilib.
Saytdakı digər yazıda “Dinamo”nin sabiq oyunçusu Mario Tokiçin fikirlərinə yer verilib. Qeyd edilib ki, bu transfer çox uğurludur. “Mahir Xorvatiya Liqasının ən yaxşı oyunçularından olacaq” – deyə yazıda bildirilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin