"Dinamo" Emrelini "Sevilya" ilə oyunlar üçün sifariş etdi

22:32 - 3 Fevral 2022

Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu İspaniya "Sevilya"sına qarşı keçiriləcək Avropa Liqasının pley-off oyunları üçün iştirak ərizəsini UEFA-ya göndərib.

Manşet.az "Report"a istinadən xəbər verir ki, siyahıya Zaqreb təmsilçisinin yeni transferi Mahir Emreli də daxil edilib.

30 nəfərlik sifariş ərizəsində Azərbaycan millisinin hücumçusu ilə yanaşı, digər yeni oyunçu Petar Boçkayın da adı yer alıb. Əvəzində Due Çop, Dinko Horkaş, Marin Leovats və Yakov Anton Vasil siyahıdan kənarda qalıb.

Qeyd edək ki, Polşa "Legiya"sından ayrılan Mahir Emreli "Dinamo" ilə 4,5 illik sözləşmə imzalayıb. Paytaxt klubu "Sevilya"ya qarşı ilk oyununu fevralın 17-də səfərdə, cavab matçını isə bundan bir həftə sonra evdə keçirəcək.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin