Meyiti quyudan tapılan 4 yaşlı Məryəmin ölüm səbəbiylə bağlı AÇIQLAMA

13:30 - 3 Fevral 2022

Meyiti quyudan tapılan 4 yaşlı Məryəmin ölüm səbəbiylə bağlı AÇIQLAMA

Yanvarın 31-də Bakıda öldürülərək quyuya atılan 4 yaşlı qızın fotosu yayılıb.

 

Manset.az xəbər verir ki,  istintaq ilkin olaraq belə nəticəyə gəlib ki, 4 yaşlı qızı onun qonşusu 32 yaşlı Mansurov Mehman Malik oğlu qətlə yetirib. O balaca qızı öldürüb quyuya atandan sonra üzərinə torpaq və daş ataraq izi itirməyə çalışıb.

Hadisə ilə bağlı İTV-yə danışan qızın atası Taleh Allahyarov bildirib ki, o qızı Məryəmi yanvarın 23-də qonşuya təhvil verərək işə gedib. Geri qayıtdıqda isə qonşu uşağın onlarda olmadığını deyib və həmin gündən Məryəm itkin kimi axtarışda olub: “Həyat yoldaşımla boşandıqdan sonra Məryəm mənim yanımda qalırdı. İşə gedib-gəldiyim üçün uşağa baxa bilmirdim. Bunun üçün də onu qonşuya verirdim ki, mən gələnə qədər ona nəzarət etsinlər. Axrıncı dəfə Mehmanla yanvarın 23-də danışdım. Dedi ki, uşağı xalası qızına verib, 20 dəqiqəyə gətirib çatdıracaq. Amma daha sonra nə qədər zəng etsəm də, telefonuna zəng çatmadı. Bundan sonra axtarışa verdik”.



Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin