XİN başçıları bu görüşü müzakirə ediblər

17:40 - 4 İyul 2021

XİN başçıları bu görüşü müzakirə ediblər

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Türkmənistan xarici işlər naziri Rəşid Meredov ilə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən Manset.az-a  verilən məlumata görə, nazirlər iki ölkə arasındakı əməkdaşlıq gündəliyi üzrə, o cümlədən ənənəvi dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi ilə bağlı aktual məsələlərə dair fikir mübadiləsi aparıblar.

Nazirlər həmçinin regional təhlükəsizlik, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Cari il keçirilməsi nəzərdə tutulan Azərbaycan, Türkmənistan, Türkiyə yüksək səviyyəli görüşünün əhəmiyyəti vurğulanıb.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin