"Mina xəritələrinin Azərbaycana verilməsi Cənab İlham Əliyevin diplomatik məharətinin nəticəsidir” - Millət vəkili

16:31 - 4 İyul 2021

“Ağdamdan sonra Füzuli və Zəngilan ərazisindəki mina xəritələrinin Azərbaycana verilməsi  ilk növbədə Azərbaycan prezidenti Cənab İlham Əliyevin diplomatik məharətinin nəticəsidir”.

Bu fikirləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat bildirib ki,  Ermənistanın mina xəritələrinin verməsi Azərbaycanın diplomatiya tarixində növbəti bir uğurudur. 44 günlük Vətən Müharibəsində Azərbaycan parlaq qələbə qazandıqdan dərhal sonra Müzəffər Ali Baş Komandanımız, Möhtərəm Cənab Prezident İlham Əliyev bütün mümkün platformalarda mina xəritələrinin Ermənistan tərəfdən Azərbaycana təqdim edilməsi ilə bağlı dünya ictimaiyyətinə, Beynəlxalq təşkilatlara şağırışlar etmişdi.Bunun da məntiqi nəticəsi olaraq ölkə başçısının apardığı uğurlu xarici siyasət nəticəsində mina xəritələri Azərbaycan tərəfinə təqdim edildi.Nəzərə alsaq ki, əldə olunan məlumatlara görə, ən çox mina Ağdam, Füzuli və Zəngilan ərazilərinə basdırılmışdı.Bu ərazilərin mina xəritələrinin əldə olunması vacib məqamdır. 

Millət vəkilinin sözlərinə görə, buradakı diplomatik uğurun arxasında Azərbaycan vətəndaşlarının tələfatının qarşısının alınması deməkdir. Çünki biz Vətən müharibəsindən bu günə kimi gördük ki, 100-dən artıq mülki insanlar, o cümlədən hərbçilərimiz həmin minalara düşmüş, xəsarət almış və 30-a yaxın insan həyatını itirmişdir. Həmçinin minaların təmizlənməsi prosesi çox böyük vaxt və maliyyə vəsaiti aparır. Bununla da artıq maliyyə vəsaitinin bu sahəyə xərclənməsinə ehtiyac qalmayacaq. Eyni zamanda vaxtın səmərəliliyindən istifadə edilərək işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işlərini daha tez, sürətlə həyata keçirmək mümkün olacaq. Bu da öz növbəsində bu ərazilərə öz evlərindən, dogma torpaqlarından didərgin düşmüş soydaşlarımızın daha tez öz evlərinə qayıtmasına böyük təkan verəcəkdir. 

C.Osmanov əlavə edib ki,  böyük yol infrastrukturu Füzuli rayonu ərazisindən keçir, burada beynəlxalq hava limanı tikilir. Bu rayonun necə strateji yer olduğunun göstəricisidir. İndi bu layihələr daha sürətlə tikiləcək. Bu da bölgənin daha sürətli inkişafına böyük tövhə verəcəkdir.
 

Famil Fərhadoğlu


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin