Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini dezinformasiyanın çirkin nümunəsi adlandırıb
22 Noyabr 2024
17:35 - 31 Yanvar 2022
Fevral ayının hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva Manset.az-a bildirib ki, fevral ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi günlərdə bir qədər yüksək olacağı gözlənilir.
Onun sözlərinə görə, aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə, əsasən də şərq rayonlarında normadan bir qədər çox olacağı ehtimal olunur: "Fevral ayının ilk günləri hava bir qədər küləkli olsa da, nisbətən sabit və əsasən yağmursuz keçəcək. Birinci on günlüyün ikinci yarısında isə hava dəyişəcək".
U.Tağıyeva eyni zamanda xatırladıb ki, son 20 ilin fevral ayı ərzində Bakı şəhərində ən yüksək temperatur 2020-ci il fevralın 7-də 25 dərəcə isti qeydə alınıb: "Lakin növbəti gün hava kəskin dəyişib, havanın temperaturu müsbət 9 dərəcəyə yaxınlaşıb, güclü külək bizi qışa qaytarıb. Çoxillik meteoroloji məlumatlara əsasən, Bakıda fevral ayı üçün ən soyuq hava 2012-ci ildə, daha dəqiq fevralın 8-i qeydə alınıb və Bakı şəhəri üçün görünməmiş 11 dərəcə şaxta ilə yadda qalıb. 2017-ci ilin fevralın 2-də paytaxt 29 sm-lik qar örtüyünə bürünüb. 2004-cü il fevralın 24-də Bakıda hər kvadrat metrə 43 litr miqdarında yağıntı düşüb, yəni bir sutkada 2 aylıq norma miqdarında güclü yağıntı qeydə alınıb. 2007-ci il fevralın 24-25-də Bakıda xəzri küləyinin sürəti saniyədə 35-41 metrədək şiddətlənib".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin