Vasif Talıbov bilet probleminə görə rəisi işdən çıxardı - FOTO

11:50 - 4 İyul 2021

Vasif Talıbov bilet probleminə görə rəisi işdən çıxardı - FOTO

Naxçıvan Muxtar Respublikası Aviakassasının rəisi işdən azad olunub.

Manset.az-ın əldə etdiyi məlumata görə, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun əmri ilə Muxtar Respublika Aviakassasının rəisi Emin Orucəliyev tutduğu vəzifəsindən azad olunub. Onun son günlər baş verən bilet narazılıqlarına görə vəzifəsindən azad olunduğu qeyd edilib.

Qeyd edək ki, bir müddətdir AZAL-ın Naxçıvan-Bakı reysinə kiçik tutumlu təyyarələrin verilməsinə görə bilet problemləri yaşanırdı.



Xəbər xətti

1 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin