Bakıda yaşadığı evdə xəsarət alan kişi xəstəxanada öldü

20:13 - 30 Yanvar 2022

Bakıda yaşadığı evdə xəsarət alan kişi xəstəxanada öldü

Yanvarın 30-da Suraxanı rayonu, Hövsan qəsəbəsində 1990-cı il təvəllüdlü Elşən Hadızadənin yaşadığı evdə kəsilmiş-deşilmiş xəsarət alması və aparıldığı xəstəxanada ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Suraxanı rayon Prokurorluğundan Manset.az-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Hadisənin təfərrüatları ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin