Yağıntılı hava nə vaxtadək davam edəcək? - Açıqlandı
26 Noyabr 2024
17:15 - 29 Yanvar 2022
Bakıda bir ilə yaxın sevgi münasibətində olduğu qadını bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başa çatıb. Hər iki tərəf tanışlıq zamanı ailəli olduqlarını gizlədiblər. Sonradan hər ikisinin evil olduğu üzə çıxıb və bir-birlərini qısqanmağa başlayıblar.
Manset.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Səbuhi Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmənin elan etdiyi hökmə əsasən Səbuhi 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Cinayət Məclləsinin 126.2.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə), 126.2.4-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) və 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham olunan S.Məmmədov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Bıçaqlama hadisəsi 2021-ci ilin iyul ayında “Kainat” restoranında qeydə alınıb.
Tərtər rayon sakini, 1987-ci il təvəllüdlü S.Məmmədov sevgi münasibətləri olan Nərminəyə (ad şərtidir) bıçaqla xəsarətləri yetirib. Nərminə həmin restoranda xadimə işləyirmiş.
Məlumata görə, Səbuhi ilə Nərminə arasında tanışlıq təsadüfən baş verib. Tərəflərin bildirdiyinə görə, Səbuhi səhvən Nərminənin nömrəsinə zəng edib və bundan sonra tanlışlıqları yaranıb. Qısa müddət sonra isə sevgili olublar.
Onlar bir neçə dəfə müxtəlif vaxtlarda həm S.Məmmədovun gündəlik kirayə qaldığı mənzildə, həm də Nərminənin yaşadığı evdə görüşüblər.
Görüşlərin birində Nərminə Səbuhiyə ailəli olduğunu və həmin vaxt həyat yoldaşının Rusiyaya getdiyini bildirib. Səbuhi Nərminədən ona yalan deməsinin səbəbini soruşub. Nərminə isə deyib ki, onu itirməmək üçün belə yalan deyibmiş. Amma bir müddət sorna da Nərminə Səbuhinin evil olduğunu öyrənib. Amma Səbuhinin izahı olmayıb.
Tərəflər bir-birlərinin evli olduğunu bildikdən sonra münasibətləri soyumağa başlayıb. S.Məmmədov deyir ki, Nərminəni qısqanmağa başlayıb. Onun telefonda tanımadığı şəxslərdən gələn zənglərə görə aralarında bir neçə dəfə mübahisə düşüb. Səbuhi qeyd edib ki, Nərminənin ona xəyanət etdiyini düşündüyü üçün bıçaqlayıb. Bıçaqlamağı da “cəzalandırma” kimi izah emtəyə çalışan Səbuhi əməlindən peşman olduğunu da qeyd edib.
Məhkəmə araşdırması zamanı məlum olub ki, bıçaqlama hadisəsindən əvvəl Səbuhi Nərminəni qısqandığı üçün 2 dəfə də döyübmüş. Buna görə qadın da ondan polisə şikayət edib.
Sonuncu dəfə isə Səbuhi Nərminənin işlədiyi “Kainat” şadlıq sarayına gedib. Orada zərərçəkmiş S.Məmmədovla ayrılmaq qərarına gəldiyini deyərək onunla danışmaqdan imtina edib. Buna əsəbləşən S.Məmmədov şadlıq sarayının birinci mərtəbəsində, foyedə qadının 2008-ci il təvəllüdlü qızının gözləri qarşısında üzərində olan bıçaqla Nərminənin bədəninin müxtəlif nahiyələrinə iki dəfə vuraraq xəsarət yetirib.
Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
Hadisənin səhəri günü o, polis bölməsinə gedərək törətdiyi cinayəti etiraf edib.
Nərminənin sözlərinə görə, Səbuhi ona qarşı yersiz qısqanclıq göstərib və telefon zənglərinə belə müdaxilə edib. Səbuhi bir dəfə də gecə onun yaşadığı evə gələrək hasardan həyətə düşüb. Bu zaman Səbuhinin gəlişini Nərminənin qızı və gəlini də görüb. Nərminə Səbuhini iş yoldaşının oğlu kimi təqdim edib və bir azdan gedəcəyini söyləyib. Səbuhi isə Nərminənin yalan danışdığını, sevgili olduqlarını söyləyib. Elə həmin gün də Səbuhi Nərminəni döyərək mobil telefonunu əlindən alıb.
Məhkəmədə ifadə verən Nərminə deyib ki, Səbuhi restorana gələndə onu görüb. İkinci mərtəbəyə qaçaraq oradan uzaqlaşmaq istəyib. Amma Səbuhi onun saçlarından tutaraq pilləkanda sürüməyə başlayıb, cibindən çıxadığı bıçaqla ona zərbələr endirib. Qışqırmağa başlayan zaman köməyə ilk olaraq qızı gəlib. Səbuhi hadisə yerinə digər şəxslərin də gəldiyini görərək oradan qaçıb.
Nərminə Səbuhini bağışlamadığını, ona ən ağır cəzanın verilməsini sitəyib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin