Kərə yağı adı ilə aldığı məhsul "maşın yağı" çıxdı - AQTA-dan açıqlama
23 Noyabr 2024
09:55 - 4 İyul 2021
Bakıda azyaşlı dilənməyə məcbur edilib.
Manset.az Xezerxeber.az-a istinadən bildirir ki, ötən axşam Yasamal rayonu, Cəfər Cabbarlı küçəsində 3-4 yaşlı oğlan uşağının diləndirilməsi barədə məlumat daxil olub.
Polis əməkdaşları azyaşlını götürərək Azərbaycan Uşaqlar Birliyinin sığınacağına aparıblar.
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin sözlərinə görə, azyaşlının anasının adı Leyla, atasının adi isə Röyaldır. Adının Firdovsi olduğunu deyən azyaşlı səlis danışa və fikrini izah edə bilir.
Kəmalə Ağazadə deyib ki, hazırda küçələrdə bu cür diləndirilən xeyli uşaq var. Onlarla bağlı da müvafiq tədbirlərin görülməsi vacibdir.
Azyaşlının dövlət müəssisəsinə yerləşdirilməsi üçün işlərə başlanıb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin