Bakıda avtomobillər toqquşdu, xəsarət alanlar var

08:48 - 4 İyul 2021

Bakıda avtomobillər toqquşdu, xəsarət alanlar var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Manset.az-ın məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində sərnişinlər - 1968-ci il təvəllüdlü Rəhimov Rüfət Bəhram oğlu və 1977-ci il təvəllüdlü Hüseynova Yelizaveta Məhəmməd qızı xəsarət alıblar. Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

21 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin