Sabah bu ərazidə qaz olmayacaq - XƏBƏRDARLIQ
27 Noyabr 2024
12:03 - 28 Yanvar 2022
"Qarabağ"ın Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Konfrans Liqasının pley-off mərhələsində "Marsel"lə Fransada keçirməli olduqları ilk oyunun başqa ölkəyə salına biləcəyi ilə bağlı iddialara cavab verib.
Manset.az xəbər verir ki, O, “Sinovac” vaksininin sözügedən ölkədə qəbul olunmadığını söyləyib:
"Səfər oyunumuzun neytral ölkədə keçirilməsi ilə bağlı bizə heç bir məlumat daxil olmayıb. "Sinovac" vaksini Fransada qəbul edilmir. Bizdə isə bu peyvənd tanınır. Yanvarın 28-də UEFA-nın pley-offda iştirak edəcək klubların nümayəndələri ilə onlayn görüşü olacaq. Burada bəzi məsələrə baxılacaq. İclasda yeni dəyişikliklər müzakirə olunacaq. Yalnız bundan sonra hazırkı vəziyyətə münasibət bildirə bilərik. Avropa Liqasının qrup mərhələsində "Marsel"ə qarşı oynamış Türkiyənin "Qalatasaray" və Rusiyanın "Lokomotiv" (Moskva) klublarında da səfər matçları zamanı buna bənzər vəziyyət yaranmışdı. Hər iki ölkədə Fransanın qəbul etmədiyi vaksinlərdən istifadə olunur. Amma bu komandalar istisna hal kimi Fransada "Marsel"lə qarşılaşıb. Bunu araşdırmışıq, bilirik. Matçın neytral ölkədə keçirilməsi barədə qərar veriləcəyinə inanmırıq. Amma hər şeyi zaman göstərəcək".
Qeyd edək ki, "Qarabağ" "Marsel" ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin