İlham Əliyevdən Kəlbəcər Günü PAYLAŞIMI
25 Noyabr 2024
10:03 - 28 Yanvar 2022
Dünən ABŞ dollarının möhkəmlənməsi ilə əlaqədar olaraq 2% ucuzlaşan qızılın qiyməti korreksiya çərçivəsində artıb.
Manset.az birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın fevral fyuçersləri 0,24%, yaxud 4,3 ABŞ dolları bahalaşaraq, 1 unsiyası 1 797,4 ABŞ dollarına satılıb. Gümüşün mart fyuçerslərinin qiyməti isə 0,34% artaraq, 1 unsiyası 22,753 ABŞ dolları təşkil edib.
ABŞ dollarının indeksi 1,4% artaraq, 97,29 bəndə çatıb. ABŞ dollarının digər valyutalara qarşı möhkəmlənməsi qızılı digər valyuta istifadəçiləri üçün daha az əlçatan edir.
ABŞ dollarının möhkəmlənməsi ölkənin güclü makroiqtisadi göstəriciləri ilə əlaqələndirilir. Belə ki, 2021-ci ilin dördüncü rübündə ABŞ-da ÜDM 6,9% artıb.
Bundan başqa, ABŞ-da işsizliklə bağlı müavinət üçün ilkin müraciətlərin sayı 30 min azalıb və 260 min təşkil edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin