Gürcüstana giriş qaydaları Sərtləşdirildi

07:36 - 4 İyul 2021

Gürcüstana giriş qaydaları Sərtləşdirildi

Gürcüstana giriş qaydaları sərtləşdirilib.

Manset.az xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan”a ölkə hökumətindən bildirilib.

Məlumata görə, iyulun 5-dən ölkəyə hava yolu ilə səfər etmək istəyən əcnəbilər təkcə COVID pasportu deyil, həm də 72 saatdan gec olmayaraq edilən PCR testinin mənfi nəticəsi barədə arayış təqdim etməli olacaqlar.

Yeni qaydalar bütün ölkələrin vətəndaşlarına şamil ediləcək.

Qaydaların sərtləşdirilməsinə səbəb Kutaisi beynəlxalq aeroportunda Gürcüstana daxil olan turistlərdə saxta PCR test nəticələri və COVID pasportlarının aşkarlanması olub.

Hazırkı qaydalarla isə (iyulun 5-dək) Gürcüstana səfər etmək üçün COVID pasportu kifayət edir.

Onu da qeyd edək ki, qonşu ölkə quru yolla girişi açsa da, Azərbaycandan çıxış bağlıdır.


Xəbər xətti

21 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin