Bu və növbəti şənbə tam iş günüdür
15 Noyabr 2024
18:45 - 27 Yanvar 2022
Əməkdar artist Mətanət İsgəndərlinin oğlu Kərim Həmidov “Təsir dairəsi” proqramına zəng edərək övladlarının ondan alınaraq anasına verilməsindən danışıb.
Manşet.az xəbər verir ki, Kərim məhkəmə qərarından narazı olduğunu deyib. O, studiyada olan keçmiş həyat yoldaşı Canananı hədələyib:
“Bu, tanışlıq məhkəməsi idi, təxirə salınmalıydı, gözləmirdim. Oğlum Tuncay stres keçirdi ki, biz danışmadıq. Hər zaman övladlarımın arxasındayam. Anaları yanında qalmaq istəyir, lap yaxşı. İndiyə kimi uşaqlara mən baxmışam. İndi elə bir şeyləri ortaya çıxarmaq məcburiyyətində qalmışam. O, müqəddəs ana rolunu oynayır. Uşaqlarım analarında olsa da, onlara baxacağam. Heç olmasa məhkəmə düşünərdi ki, ataya haqsızlıqdır. Üçü də anaya verildi. Heç olmasa Tuncay mənə verilərdi, Ruhlan və Mətanət anaya verilərdi. Ali Məhkəməyə müraciət edəcəyəm. Orada nə qərar verilsə, xeyirlisi olsun. Uşaqlarım böyüyəndə onların yanında başım aşağı olmasın. Deməsinlər ki, ata kimi dalımıza düşmədin. Sona kimi onların arxasınca gedəcəyəm”.
Canana “Sənə dost olmağı təklif etdim. Dedim, iki evimiz var, birində sən, digərində mən qalım” sözlərini deyib.
Kərim onun sözlərinə əsəbiləşərək bunları söyləyib:
“Sənin kimi insandan nə mənə dost, nə tanış lazımdır. Sən yaxşı adam deyilsən. Sözümü kəsmə, 21 il səni dinlədim və bu günə qaldım. Uşaqların atası kimi mənə hörmət qoy”.
Kərim ikinci dəfə ailə qurması məsələsinə isə “Canana ilə nikahımız hələ pozulmayıb, necə evlənim? Ola bilər hazırlaşıram, ixtiyarım var. Amma evli deyiləm. Anamgildə yaşayıram. Evimiz hazır olanda uşaqlarımla birlikdə ora köçəcəyəm. Amma Cananasız orada qalacağam. Ona təklif etdim ki, belə etmə, gəl uşaqları bir böyüdək. Mən atasızlığı görmüşəm, uşaqlarım da bunu yaşamasın. Mənim səs yazılarım olduğunu deyir. İndi bundan sonra səs yazısı, bəzi şeylərin üzə çıxması necə olur, o görəcək. İki il susdum, amma məcburam hər şeyi ortalığa qoyum. Yalandan ana obrazında orada oturub. Gəl saxla uşaqları, niyə götürmürsən? Allah mənə səbir versin” reaksiyasını verib.
Canana isə nikahlarının ötən ayın 29-da rəsmən pozulduğunu söyləyib.
axşam.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin