Afət Fərmanqızı ərə gedir - Sabah toyudur

17:24 - 27 Yanvar 2022

Afət Fərmanqızı ərə gedir - Sabah toyudur

Sabah müğənni Afət Fərmanqızının toyudur.

 

Manset.az xəbər verir ki, tanınmış ifaçı Bakının populyar restoranlarının birində şad gününü qeyd edəcək. 

 

A.Fərmanqızı məlumatı OLAY-a təsdiq edib, lakin böyük toy yox, kiçik bir məclis keçirəcəyini vurğulayıb:

 

"Toy deyil, özüm üçün qonaqlıq edirəm. Yaxın ailə üzvlərimiz olacaq. Bir ay öncə ad günüm olmuşdu, burada olmamışdıq. Nikah üçün Rusiyaya getmişdik. Orada nikah bağladıq. Öz yaxın çevrəmiz üçün qonaqlıq edirik. Şou-biznesdən, həmkarlarımdan heç kim olmayacaq. Məclis ailə arasındadır. Mediaya açıq edərdim, lakin gördüm ki, camaat söyür, qarğış edir, ona görə istəmirəm. Bu məsələ ilə bağlı şəkil, video heç yerdə ola bilməz. Qonaqlarımın da əlindən telefon alınacaq, heç kim orada şəkil də çəkdirməyəcək. Həm ad günümdür, həm nikahımızı, həm də yeni klipimin təqdimatını qeyd edirik”.


Xəbər xətti

15 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin