Azərbaycanda 2 məşhur müğənni intim görüntüləri ilə şantaj olunurmuş - Biri xanımdır, biri bəy (FOTOLAR)

15:38 - 27 Yanvar 2022

Azərbaycanda 2 məşhur müğənni intim görüntüləri ilə şantaj olunurmuş - Biri xanımdır, biri bəy  (FOTOLAR)

Ukraynada tutularaq, Azərbaycana ekstradisiya olunan, dələduzluqda ittiham edilən iş adamı Maqsud Mahmudovun əməllərindən zərər çəkən 90 nəfərin içərisində tanınmış şəxslər də var.

Manset.az xəbər verir ki, onlar arasında müğənni Afət Fərmanqızı və Vasif Məhərrəmli də var.

A.Fərmanqızı "Qafqazinfo”ya açıqlamasında bildirib ki, illər öncə Maqsud Mahmudov onu hədələyərək pul verməsini tələb edib:

"Pul vermədiyim üçün məni şantaj etməyə başladı. Haqqımda pis-pis iftiralar, montaj olunmuş videolar yayırdı. Mən də məcbur olub dövlət qurumlarına müraciət etdim”.

Müğənni Vasif Məhərrəmli isə məsələ ilə bağlı danışmaq istəmədiyini bildirib.

Daha bir zərərçəkən isə "E.Mİ-BAKU" MMC-nin rəhbəri Mələk Dəmirtaşdır. O, daha öncə Rusiya vətəndaşı Kseniya Kukova ilə aralarında yaranan 185 min manatlıq pul məsələsi ilə gündəmə gəlmişdi. Kukova mediaya müraciətində qeyd etmişdi ki, Mələk Dəmirtaş və onun əri Maqsudla birgə tədris mərkəzi biznesi ilə məşğul olublar. Biznesə yatırılan 185 min manatı daha sonra Dəmirtaşlar ondan geri tələb ediblər.

Qeyd edək ki, Maqsud Mahmudovun ittiham olunduğu cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinsə hakim Faiq Qəniyevin sədrliyi ilə proses keçirilir.

Külli miqdarda dələduzluq etmək ittihamı ilə axtarışa verilən Maqsud Mahmudov hazırda Cinayət Məcəlləsinin 183.2.2-ci (Xüsusi dəyəri olan əşyaları talama; təkrar törədildikdə) maddəsi ilə təqsirləndirilir.


Xəbər xətti

15 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin