Azərbaycanlılar "8-ci kilometr" bazarında atışdı: 12 milyon pul və...

09:49 - 27 Yanvar 2022

Azərbaycanlılar

Rusiyanın Kamçatka vilayətinin Petropavlovsk-Kamçatsk şəhərində Moskvadan gələn azərbaycanlı reketlər həbs edilib.

Manset.az  lent.az-a istinadən bildirir ki, onlar “8-ci kilometr” bazarı adlanan ərazidə azərbaycanlı iş adamlarına haqq tələb etməkdə ittiham olunurlar. Məlumata görə, Moskvadan gələn azərbaycanlılar öz həmyerlilərindən 12 milyon rubl (259 min 200 manat) tələb ediblər. Amma bununla razılaşmayan azərbaycanlı iş adamları ilə reketlər arasında silahlı qarşıdurma olub.

Hadisə yerinə polis və OMON dəstəsi gəlib.

Nəticədə reketlər barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin