"Azərbaycan 2024-cü ildə Rusiyadan qaz idxal etməyib" - Hikmət Hacıyev
26 Noyabr 2024
09:49 - 27 Yanvar 2022
Rusiyanın Kamçatka vilayətinin Petropavlovsk-Kamçatsk şəhərində Moskvadan gələn azərbaycanlı reketlər həbs edilib.
Manset.az lent.az-a istinadən bildirir ki, onlar “8-ci kilometr” bazarı adlanan ərazidə azərbaycanlı iş adamlarına haqq tələb etməkdə ittiham olunurlar. Məlumata görə, Moskvadan gələn azərbaycanlılar öz həmyerlilərindən 12 milyon rubl (259 min 200 manat) tələb ediblər. Amma bununla razılaşmayan azərbaycanlı iş adamları ilə reketlər arasında silahlı qarşıdurma olub.
Hadisə yerinə polis və OMON dəstəsi gəlib.
Nəticədə reketlər barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin