Danimarka yığması Bakıda qələbə qazanaraq yarımfinala yüksəldi

22:11 - 3 İyul 2021

Danimarka yığması Bakıda qələbə qazanaraq yarımfinala yüksəldi

Futbol üzrə Avropa çempionatında 1/4 final mərhələsinin daha bir oyunu keçirilib.

Manset.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda Çexiya və Danimarka komandaları üz-üzə gəlib.

Qarşılaşma Danimarkanın 2:1 hesablı qələbəsi ilə bitib. Skandinaviya təmsilçisinin heyətində Tomas Dileyni 5-ci dəqiqədə hesabı açıb. 42-ci dəqiqədə Kasper Dolberq fərqi daha da artırıb. İlk yarı bu hesabla yekunlaşıb. Fasilədən sonra Çexiya fərqi azaltmağa nail olub. 49-cu dəqiqədə yığmanın bombardiri Patrik Şik fərqlənsə də, çexlərin bundan artığına gücü çatmayıb.

Bu, AVRO-2020-nin Bakıda keçirilmiş sonuncu qarşılaşması olub. Daha əvvəl Azərbaycanın paytaxtında A qrupunun 3 matçı gerçəkləşib.

Danimarka yarımfinalda Ukrayna - İngiltərə cütünün qalibi ilə üz-üzə gələcək. Həmin görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.


Xəbər xətti

22 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin