Sabah bu ərazidə qaz olmayacaq - XƏBƏRDARLIQ
27 Noyabr 2024
23:34 - 25 Yanvar 2022
"Qalibiyyət olmamasına baxmayaraq, təlim-məşq toplanışından çox razı qaldım".
Manşet.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışının yekunu barədə klubun "YouTube" kanalına açıqlamasında deyib.
50 yaşlı mütəxəssis bildirib ki, futbolçuların hazırlıq səviyyəsinin sonadək eyni olması vacib idi:
"Bu gün proqramımızda bir az dəyişiklik oldu. Son günə 2 oyun planlaşdırmışdıq. İlk görüş baş tutmasa da, bunu müəyyən formada kompensasiya edə bildik. Sevindirici haldır ki, hazırlıq mərhələsini zədəsiz başa vurduq. Bu, çox vacib idi".
Qurbanov yükləmələrin həddindən artıq çox olduğunu söyləyib: "İnanıram ki, burada texniki cəhətdən gördüyümüz səhvləri oyunlarda azaldacağıq. Futbolçuların hər birindən razı qaldım. Hamısı çox istəkli idi və əsas heyət üçün sonadək mübarizə apardılar. Bu gün iki heyət mübarizə apardı. İkinci hissədə meydana çıxan futbolçular xoş təəssürat oyatdılar. Bəzilərinin daha yaxşı olduğunu gördüm. Bu mənada, qarşıdakı oyunlarda dəyişiklik ola bilər. Çünki futbolçular məni buna məcbur edirlər. Düşünürəm ki, matçlarda xeyli rotasiyalar edə biləcəyik. Futbolçularıma təşəkkür edirəm. Bakıya döndükdən sonra daha yaxşı formada olacağıq".
Qeyd edək ki, "Qarabağ" Antalyada 4 yoxlama oyunu keçirib. Ağdam təmsilçisi ilk matçında Rumıniyanın "Qaz Metan" klubu ilə qolsuz heç-heçə edib. "Köhlən atlar" ikinci sınağında Serbiyanın "Baçka Topola" klubuna 0:1, üçüncü görüşündə Polşa "Şlyonsk"una 2:3 hesabı ilə uduzub. Polşanın "Visla" (Krakov) komandası ilə qarşılaşmada da qapılara qol vurulmayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin