Bu və növbəti şənbə tam iş günüdür
15 Noyabr 2024
21:42 - 25 Yanvar 2022
"Mən o zaman başa düşdüm ki, sevgi nədir. Xasiyyəti çox ağır idi. Nadir hallarda bizimlə zarafat edərdi. Qışqırmağı, kobud rəftarı da olub. İçəri girən kimi bütün işıqları söndürüb, telefonu çıxarırdı. Kaş ki, arabada olardı amma sağ olardı, yanımda olardı. İşdən gəlirdi, zarafata deyirdi ki, səndən yaxşısını tapmadım. Onun bir sözü var idi. Həyat kino kimidir, həmişə ən maraqlı yerində bitir. Mən də həyatımın ən maraqlı yerində Yaşarı itirdim".
Manşet.az xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva "O üz" proqramında deyib. Onun sözlərinə görə, 6 il ərzində sənətkarın xasiyyəti tamam dəyişib.
Aktyorun qızı Ülkər Yaşarqızı isə atası ilə bağlı xatirələrini bölüşərkən bunları deyib:
"Atamın sözü olanda belə bizə deməzdi. Hər zaman anama deyərdi ki, bizə desin. 11-ci sinfi yeni bitirmişdim. Biraz dodaq boyası çəkmişdim. Qonaqlığa getmişdik. Atam elə orada mənə acıqlı baxdı. Üzünü çevirib anamın qulağına pıçıldadı. Anam gəldi mənə dedi ki, atan dünyanı dağıdır, get dodaq boyasını sil".
Xalq artisti Firəngiz Mütəllimova da Yaşar Nuri haqda açıqlama verib:
"Tamaşaçılar bizi bizdən xəbərsiz evləndirmişdilər. Artıq alışmışdıq bizə olan bu münasibətə. Sonuncu dəfə xəstə olanda Türkiyəyə onun yanına getdim. Gördüm ki, hamı gəlib qapıdan mənə baxıb, gedir. Mən də soruşdum ki, niyə baxırlar. Dedi ki, Rəhimə sənin şəklini onlara göstərib ki, bu qadını mənim ərim çox sevib".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin