Saatlıda gənc ölümdən son anda xilas edildi

20:01 - 3 İyul 2021

Saatlıda gənc ölümdən son anda xilas edildi

Saatlıda suda batan gənc oğlan xilas olunub.

Manset.az-ın məlumatına görə, hadisə Smadi kəndində qeydə alınıb.

Rayonun Mircavad kənd sakini, 1993-cü il təvəllüdlü Məmmədov Elnur Elman oğlu həmin ərazidən keçən su kanalında çimərkən suda batmaq təhlükəsi ilə üzləşib. O, yaxınlıqdakı adamların köməkliyi ilə son anda sudan çıxarılıb. E.Məmmədov Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

23 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin