İlham Əliyevdən Kəlbəcər Günü PAYLAŞIMI
25 Noyabr 2024
16:42 - 25 Yanvar 2022
Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 7 aylıq minimuma endikdən sonra yenidən artıb.
Manset.az xəbər verir ki, kripto valyutaların satıldığı ən böyük birja olan “Binance”da bitkoin son 24 saat ərzində 9,95% bahalaşaraq 36 531 ABŞ dollarından satılıb.
Halbuki ötən gün qiymət 2021-ci ilin iyul ayından bəri ilk dəfə 33 000 dollardan aşağı düşmüşdü. Bununla 2009-cu ildən tədavülə buraxılan bitkoin 8-ci dəfə 50 %-dən çox ucuzlaşmış olub. Bunun başlıca səbəbi isə ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) yaxın dövrdə monetarist siyasətini sərtləşdirib təməl faiz dərəcəsini artıracağına dair gözləntilərdir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin