“Yoluxma artsa, karantin tətbiq edilə bilər” - XƏBƏRDARLIQ

15:30 - 3 İyul 2021

“Yoluxma artsa, karantin tətbiq edilə bilər” - XƏBƏRDARLIQ

"Koronavirusa yoluxma artarsa, yenidən karantin qaydalarını tətbiq etmək olar”.

Manset.az xəbər verir ki, bunu "ARB 24”ün "İşgüzar səhər” verilişinə açıqlamasında həkim Ramin Nəriman deyib.

"Karantin tədbirləri epidemioloji vəziyyətdən irəli gələn tədbirlər olmalıdır. Əgər yoluxma artırsa, kritik vəziyyət yaranırsa, yenə də koronavirus əleyhinə nəzərdə tutulmuş karantin qaydalarını tətbiq etmək olar. Lakin ən azı yüngülləşmə şəraitindən istifadə edib müəyyən işləri həyata keçirtmək, o cümlədən də toy mərasimlərini reallaşdırmaq yaxşı olardı”, - deyə o bildirib. 


Xəbər xətti

21 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin