Sabah bu ərazidə qaz olmayacaq - XƏBƏRDARLIQ
27 Noyabr 2024
22:39 - 23 Yanvar 2022
İtaliya "Çenoa"sından istefaya göndərilmiş Andrey Şevçenko futbol üzrə Polşa milli komandasının baş məşqçisi olmağa razılıq verib.
Manset.az-ın "vZbirna" teleqram kanalına istinadən məlumatına görə, Polşa Futbol İttifaqı (PZPN) və ukraynalı mütəxəssis bütün şərtləri razılaşdırıb. Şevçenkonun illik maaşı 2,5 milyon avro olacaq. Məbləğin bir hissəsini PZPN, qalanını isə sponsorlar ödəyəcək. Yalnız "Cenoa" ilə müqavilənin pozulma şərtlərini razılaşdırmaq qalıb.
Qeyd edək ki, istefaya göndərilməsinə baxmayaraq, Andrey Şevçenkonun İtaliya klubu ilə sözləşməsi davam etməkdədir. Onun rəhbərliyi altında "Cenoa" 11 oyundan 1 qələbə, 3 heç-heçə və 7 məğlubiyyətlə ayrılıb. Komanda A Seriyasının heç bir qarşılaşmasında qalib gələ bilməyib.
Polşa yığması dünya çempionatının pley-off mərhələsində Rusiya ilə səfərdə üz-üzə gələcək. Görüş martın 24-də keçiriləcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin