Mahir Emreli "Legiya"da növbəti qollarını vurdu

15:16 - 3 İyul 2021

Mahir Emreli

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın "Legiya" klubunun heyətində növbəti qollarını vurub.

Manset.az xəbər verir ki, 24 yaşlı hücumçu "Yagelloniya" ilə yoxlama oyununda dubl edib.

Emreli 11-ci və 22-ci dəqiqələrdə fərqlənib. Hazırda qarşılaşmada ikinci hissə oynanılır və Varşava təmsilçisi 2:0 hesabı ilə öndədir.

Qeyd edək ki, Mahir Emreli daha əvvəl Avstriya "Bişofshofen"ini 5:0 yendikləri matçda het-trikə imza atıb. Forvard Rusiya "Krasnodar"ı ilə bərabərə qaldıqları görüşdə komandasının yeganə qolunun müəllifi olub - 1:1.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin