Rəsmi Cəbrayılov 90 yaşında vəfat etdi

12:52 - 23 Yanvar 2022

Rəsmi Cəbrayılov 90 yaşında vəfat etdi

Rusiyanın əməkdar artisti, Vladimir Mayakovski adına Moskva Akademik Teatrın aktyoru Rəsmi Cəbrayılov 90 yaşında vəfat edib.

Manset.az xəbər verir ki, bu barədə teatrın Facebook səhifəsində məlumat verilib.

Qeyd edək ki, Rəsmi Cəbrayılov 1932-ci il dekabrın 8-də Rusiyanın Dağıstan respublikasının Qasımkənd rayonunda anadan olub.

Rəsmi Cəbrayılov 1964-cü ildən Taqanka Teatrında çalışır. 2002-ci ildə Vladimir Mayakovski adına Moskva Akademik Teatrının truppasına daxil olub. Rəsmi Cəbrayılov 2019-cu ildə milli mədəniyyətin və incəsənətin inkişafındakı böyük xidmətlərinə və uzun illər səmərəli fəaliyyətinə görə II dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

O, Azərbaycan kinosunda “1001-ci qastrol!, “De ki, məni sevirsən!”, “İşgüzar səfər”, “Nizami”, “Bəyin oğurlanması”, “Alman klinikasına şəxsi səfər” və “Ölsəm... bağışla” filmlərində maraqlı obrazlar yaradıb.


Xəbər xətti

15 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin