Beynəlxalq festivalda "Şuşa" adını dəyişdirib, "Buta" etdilər: "Bizə şərt qoydular" - VİDEO

09:02 - 23 Yanvar 2022

Beynəlxalq festivalda

"Bizə təklif etdilər ki, komandanın adı olan "Şuşa"nı dəyişək".

Manset.az xəbər verir ki, bu sözləri Rusiyanın Soçi şəhərində keçirilən ŞHK (Şən və Hazırcavablar Klubu) komandalarının 33-cü Beynəlxalq Festivalında ("KiViN-2022”) Azərbaycanı təmsil edən komandanın rəhbəri Müşfiq Abbasov deyib.

O deyib ki, ikinci tura adlayan zaman Ruben Jaqinyan adlı şəxs onlara tədbirin təşkilatçılarının komandanın adını dəyişdirməyi təklif etdiyini bildirib. 

Nəticədə komandanın adı dəyişdirilərək "Buta” ilə əvəzlənib.

Bu addım isə, çox böyük səs-küyə səbəb olub. Belə ki, sosial şəbəkə istifadəçiləri bu addımı atanları qınayıb, ümumiyyətlə onların tədbirdən ayrılmalı olduqlarını bildiriblər.

"Baku Tv" məsələ ilə bağlı sujet də hazırlayıb. Həmin sujeti təqdim edirik:


Xəbər xətti

15 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin