Məmmədyarovdan növbəti qələbə: Lider oldu

23:39 - 20 Yanvar 2022

Məmmədyarovdan növbəti qələbə: Lider oldu

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Niderlandın Veyk-an-Zeye şəhərində keçirilən "Tata Steel Chess" turnirində ikinci qələbəsi qazanıb.

Manşet.az-ın məlıumatına görə, 37 yaşlı qrossmeyster ustaların mübarizəsində V turda yerli iti zəka sahibi Yorden van Foresti üstələyib. Qara fiqurlarla oynayan Məmmədyarov 44-cü gedişdə rəqibini təslim olmağa məcbur edib.

Hazırda 3,5 xala malik Azərbaycan təmsilçisi hindistanlı Vidit Santoş Qucrati ilə birlikdə hərəyə 3,5 xalla ilk 2 pilləni bölüşür.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin