Sabah bu ərazidə qaz olmayacaq - XƏBƏRDARLIQ
27 Noyabr 2024
20:04 - 20 Yanvar 2022
İdman Arbitraj Məhkəməsi (CAS) "Qarabağ" klubunun sabiq mətbuat katibi Nurlan İbrahimovun UEFA-ya qarşı şikayət ərizəsi ilə bağlı qərarını yenidən təxirə salıb.
Manşet.az xəbər verir ki, bu barədə N.İbrahimov məlumat yayıb.
O qeyd edib ki, yanvarın 27-də açıqlanmalı olan qərar martın 27-nə qədər təxirə salınıb.
N.İbrahimov beynəlxalq qurumun hüquqi deyil, siyasi xarakterli addım atdığını bildirib.
Xatırladaq ki, Nurlan İbrahimov 44 günlük müharibə zamanı Feysbuk hesabında ermənilərlə bağlı paylaşımına görə UEFA tərəfindən futboldan ömürlük uzaqlaşdırılıb. Lakin o, bu qərardan CAS-a şikayət edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin