Bu və növbəti şənbə tam iş günüdür
15 Noyabr 2024
19:28 - 20 Yanvar 2022
Əməkdar artist Aybəniz Haşımova 20 Yanvar faciəsindən yazıb.
Manşet.az-ın məlumatına görə, müğənni sosial şəbəkədəki səhifəsində bu sözləri qeyd edib:
"O, gecə getsin, bir də gəlməsin... İndiyə kimi o səslər nə gözlərimin önündən, nə də qulaqlarımdan gedir. İlahi, necə çığırırdı insanlar. Onlar isə qarşısına keçəni biçirdilər.
Eyvanda anamı tək qoymamaq üçün yanında dayanmışdım. O isə Rauf Səlimbəyli oğlunu haray çəkib çığırıb, ağlayırdı, elə bilirdi ki, oğlu da tankın üstündəki cəlladların gülləsinə tuş gəlib. Birdən gördülər ki, eyvanda insanlar onları kameraya çəkir və elə o zaman eyvanlara da atmağa başladılar, vəhşilər. Nə qədər eyvanlarda dayanan insanlarda onların əzrayıl güllələrinə qurban getdilər. Səhəri anamla düşdük küçəyə və Şamaxinkadan üzü aşağı bütün yol qana bürünmüşdü... Şəhər sanki ölmüşdü... Hər 20 Yanvar tarixini xatırlayanda o, günün acısı bütün ürəyimi didir, yandırır... O, yanğı hələdə qəlbimdə Şəhidlər xiyabanında yanan məşəl kimi ürəyimdə yanır... Mənimlə haqq dünyama gedəcək. Millətimə əl qaldıran, o əmri verən, əmrə dəstək olan canilərin əlləri, beyinləri qurusun".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin