Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI
28 Mart 2024
00:53 - 20 Yanvar 2022
Yemək zamanı çox tez toxluq hissi mədə xərçənginin əlaməti ola bilər. Bundan başqa iştahsızlıq da xəstəliyin gözlənilməz simptomlarındandır.
Manset.az medicina.az-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Milli Səhiyyə Xidməti (NHS) xəbərdarlıq edib.
Onların sözlərinə görə, yenitörəmə həmçinin mədə qıcqırması, turşu reflyuksu, ürəkbulanma, həzmsizlik, yorğunluq və qarın ağrısına səbəb ola bilər.
Mütəxəssislər daha bir həyəcan verici əlamət olaraq mədənin yuxarı hissəsində bir ağırlıq və yeməyi udmaq istəyərkən narahatlığı göstərirlər.
"Simptomlar dəyişirsə, pisləşirsə və ya özünüzü normal hiss etmirsinizsə, ümumi həkim müayinəsindən keçmək vacibdir", - deyə həkimlər vurğulayıblar.
Xərçəng riskini minimuma endirmək mümkündür. Bunun üçün çəkiyə nəzarət etmək, alkoqollu içkilərdən sui-istifadə etməmək, duz, qırmızı və işlənmiş ətin istifadəsini məhdudlaşdırmaq lazımdır.
Lakin qeyd edək ki, sadalanan simptomlar mədə bağırsağın digər onlarla xəstəliyində, hətta mədədə problem olmasa da nevroloji, psixoloiji səbəblərdən, stresdən ola bilər. Ona görə istənilən simptomda iıl növbədə mədə zondla yoxlanmalıdır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin