<

Bill Qeyts daha pis virusun yayılacağı barədə xəbərdarlıq etdi

21:50 - 19 Yanvar 2022

Bill Qeyts daha pis virusun yayılacağı barədə xəbərdarlıq etdi

“Microsoft”un qurucusu Bill Qeyts koronavirusdan daha pis ola biləcək pandemiya barədə xəbərdarlıq edib və hökumətləri növbəti qlobal epidemiya ilə mübarizə üçün milyardlar ayırmağa çağırıb.

Manset.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Qeyts bildirib ki, koronavirusun "omikron" və "delta" ştamları indiyədək ən çox ötürülən viruslar arasında olsa da, dünya ölüm və ya ağır xəstəliyə daha çox səbəb olan patogenlə üzləşə bilər.

O əlavə edib ki, gələcək pandemiyaya hazırlaşmaq üçün yeniliyin böyük hissəsi HİV peyvəndi, vərəm və malyariyaya qarşı daha effektiv peyvəndlər faydalı ola bilər.

Daha əvvəl Qeyts bildirmişdi ki, "omikron" ştamının dalğasından sonra ölkələrdə koronavirusa yoluxma hallarının sayı azalacaq, bu xəstəliyə mövsümi qrip kimi yanaşılacaq.


Xəbər xətti

19 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin