<

Oğuzda avtomobillər toqquşdu: Xəsarət alanlar var - FOTO

18:16 - 19 Yanvar 2022

Oğuzda avtomobillər toqquşdu: Xəsarət alanlar var - FOTO

Oğuz rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Manşet.az xəbər verir ki, hadisə Oğuz-Bayan avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “KamAZ”, “Mersedes-Benz” və QAZ-3110 markalı avtomobillərin toqquşması nəticəsində sonuncu avtomobildə olan sürücü və daha iki nəfər xəsarət alıb.

Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

 


Xəbər xətti

19 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin