<

Bu restoran və kafelər cərimələndi

17:57 - 19 Yanvar 2022

Bu restoran və kafelər cərimələndi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində 2022-ci il yanvarın 18-də ölkə üzrə 432 ictimai iaşə obyektində 766 monitorinq keçirib.

AQTA-dan Manşet.az-a verilən məlumata görə, monitorinqlər zamanı 4 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küç., ev 162 ünvanında yerləşən, fiziki şəxs Babaşov Şöhrət Adışirin oğluna məxsus “Pakdad” kafesi;

2. Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala küç., ev 66 ünvanında yerləşən, hüquqi şəxs “Burc” MMC-yə məxsus “Burc Qala” restoranı;

3. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəs., A. İldırım küç., ev 38 ünvanında yerləşən, fiziki şəxs Fazilova Nərminə Anatolu qızına məxsus “Kaffeine Coffee House” kafesi;

4. Şirvan şəhəri, 1 May küçəsində yerləşən, fiziki şəxs Rüstəmli Şaiq Lazər oğluna məxsus yeməkxana.


Xəbər xətti

19 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin