<

Məhkəmə Poroşenko barədə qərar Verdi

17:17 - 19 Yanvar 2022

Məhkəmə Poroşenko barədə qərar Verdi

Ukraynanın Kiyev şəhərinin Peçerski Rayon Məhkəməsi ölkənin keçmiş Prezidenti Petro Poroşenkonun şəxsi öhdəlik əsasında azaqlıqda qalmasına dair qərar verib.

Manşet.az xəbər verir ki, şəxsi öhdəlik Ukrayna qanunvericiliyində mümkün olan ən yüngül tədbirdir.

Siyasətçi indi xarici pasportunu təqdim etməli və tələb üzrə məhkəməyə gəlməlidir.

Prokurorluq sabiq Prezidentin 35,8 milyon dollar həcmində girov müqabilində azadlığa çıxmaq imkanı ilə həbs olunmasına təkid edib. Lakin məhkəmə sabiq Prezidenti girov olmadan sərbəst buraxıb.

Qeyd edək ki, Poroşenko dövlətə xəyanətdə ittiham olunur.


Xəbər xətti

19 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin