Pərvin Abıyevadan "Survivor"la bağlı iddia: "Orada qadınlara iynə vururlar" - VİDEO

16:49 - 19 Yanvar 2022

Pərvin Abıyevadan

Aktrisa Pərvin Abıyeva yeni açıqlaması ilə bütün diqqətləri üzərinə çəkib. 

Manşet.az xəbər verir ki, "Deməsəm olmaz" proqramına qonaq olan Abıyeva Türkiyənin reytinqli layihələrindən olan "Survivor"la bağlı iddia səsləndirib. Aktrisa orada iştirak edən qadınlara yarışa bilmələri üçün iynə vurulduğunu deyib:

"İki il əvvəl "Survivor"a qatılmaq istədim. Bunun üçün müraciət etmişdim. Düşünürəm ki, ora elə mənim yerimdir. Fiziki cəhətdən çox güclüyəm, iradəliyəm, aclığa dözümüm var. Oradakı qadınlar kökəlirlər. Bir nüans var. Yarışda iştirak edən qadınlara iynə vururlar, o da onları kökəldir".


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin