<

Uşaq bağçasında valideynin tərbiyəçini döyməsi ilə bağlı - Rəsmi açıqlama

16:12 - 19 Yanvar 2022

Uşaq bağçasında valideynin tərbiyəçini döyməsi ilə bağlı - Rəsmi açıqlama

Daxili İşlər Nazirliyi (DİN) Bakıda bağçada tərbiyəçi ilə valideyn arasında baş verən insidentə münasibət bildirib.

Manşet.az-a daxil olan məlumatda deyilir:

"Sosial şəbəkələrdə və bəzi saytlar tərbiyəçi ilə valideyn arasında baş verən insidentlə bağlı yayılan görüntülərdən xəbərdarıq. Həmin hadisə yanvarın 16-da Xətai rayonunda yerləşən 3 saylı uşaq evində baş verib. Hadisə ilə bağlı artıq Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsində təhqiqat araşdırmalarına başlanılıb. İnsidentin iştirakçısı uşaq evinin əməkdaşı G.Nağıyeva Polis Şöbəsinə dəvət edilərək onun izahatı alınıb. Qarşı tərəfin də hadisə ilə bağlı izahatı alınandan, eləcə də təyin edilən ekspertizaların nəticəsi məlum olandan sonra hadisəyə hüquqi qiymət veriləcək və valideynlə uşaq evinin əməkdaşı arasında baş verən insidentin səbəbləri məlum olacaq".


Xəbər xətti

19 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin